UEFA Avropa Liqası ilə bağlı cari mövsümün təqvimi müəyyənləşib. 

Oxu.Az xəbər verir ki, 5-6 avqustda turnirin 1/8 final oyunları keçiriləcək. Lakin oyunların hansı ölkədə keçiriləcəyi dəqiqləşməyib.

UEFA İcraiyyə Komitəsi yarışın 1/4 final oyunlarının Almaniyanın Köln, Düseldorf, Duysburq və Qelzenkirxen şəhərlərində keçiriləcəyini açıqlayıb. Həmin mərhələ 10-11 avqustda baş tutacaq. 

16-17 avqust tarixlərində yarımfinal görüşləri keçiriləcək. Məkan daha sonra açıqlanacaq. Avqustun 21-də isə final keçiriləcək. Final Kölndə baş tutacaq.

Qeyd edək ki, 1/8 finalın oyunları Bakı vaxtı ilə saat 20:55 və ya 23:00-da keçiriləcək. Digər mərhələ oyunları isə 23:00-da başlayacaq. 1/4 final və yarımfinal mərhələsinin püşkatmasının vaxtı daha sonra açıqlanacaq.

Onu da bildirək ki, Avropa Liqasının finalının 2021-ci ildə Polşanın Qdansk, 2022-ci ildə İspaniyanın Sevilya və 2023-cü ildə Macarıstanın Budapeşt şəhərlərində keçirilməsi qərara alınıb.

Səbuhi Musayev

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO