Türkiyəli məşhur aktrisa Demet Evgar sosial media hesabında onu iki dəfə arı sancdığını və pilləkəndən yıxıldığını xəbər verib.

“HaberGlobal”ın məlumatına görə, aktrisanın həmin arıya mahnı həsr etməsi pərəstişkarlarını güldürüb.

O, arının dodağını sancmasına da yumorla yanaşıb:

“Botoks deyil, dolğu elətdirdim. Məncə, normal görünür. Düşünürəm ki, tam təbii görünürəm. Özümü lap yaxşı hiss edirəm. Sevirəm. Xoşuma gəlir. Güzgüyə baxdıqda özümü xoşbəxt hiss edirəmsə, düşünürəm ki, dodağımı belə doldurmalıyam”.

D.Evgar bir sonrakı paylaşımında da pərəstişkarlarını güldürməyə davam edib. Avstraliyalı model Sofi Monkun da şəklini paylaşaraq, “bu fotodan bir arı qədər uzağam” deyə yazıb.

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO