Türkiyənin məşhur aktyoru Emre Kınay ilə “Beyaz TV”nin jurnalisti davaya çıxıb.

Oxu.Az xəbər verir ki, istirahət məkanlarının birindən sevgilisi və dostları ilə birlikdə çıxan 50 yaşlı sənətçi jurnalistlərin həmin anları çəkməsinə etiraz edib.

Sərxoş halda kameraya tuş gələn Kınay jurnalistə hücum çəkərək, onu təhqir edib.

Müxbirin “Karantin qaydalarına görə gecə 12-dən sonra məkanı tərk etməlisiz. Niyə hələ də restorandasız?” sualından hiddətlənən aktyor əsəblərinə hakim olmayaraq, küçədə qışqırmağa başlayıb.

Hadisədən sonra E.Kınay və “Beyaz TV”nin jurnalisti polisə gediblər. Hər iki tərəf bir-birindən şikayətçi olub.

Rəşad Əliyev

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO