Rusiyanın Kamçatka diyarında sakinlər qeyri-adi hadisənin şahidi olublar. Belə ki, qəribə görünüşlü ayı yolun ortasında var-gəl edirmiş.

RT-nin məlumatına görə, sonradan heyvanın başına bidonun keçdiyi aydın olub.

Sakinlər özləri heyvana yaxınlaşmağa qorxaraq, bu barədə dərhal Meşə Təsərrüfatı və Heyvanlar Aləminin Mühafizəsi Agentliyinə xəbər veriblər. Lakin qurumun əməkdaşları hadisə yerinə gələnə qədər xeyli vaxt keçib və ayını orada tapa bilməyiblər.

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO