Dünyada koronavirusdan ən çox əziyyət çəkən – 120 000 əhalisi olan İtaliyanın Berqamo şəhəridir.

Bu barədə “RİA Novosti” şəhərin meri Corco Qoriyə istinadən məlumat yayıb.

O qeyd edib ki, ötən ilin yazındakı ölüm göstəriciləri ilə bu il qeydə alınan nəticə arasında kəskin fərq var. Rəsmi məlumatlara görə, Berqamo əyalətində 13 min  koronavirusa yoluxma hadisəsi qeydə alınıb, ən azı 2700-2800 nəfər ölüb. Şəhərdə isə ölüm hallarının sayı 670 olub.

“Biz əlavə altı min ölüm haqqında danışırıq. Bu koronavirusla bağlı ölümlərin real sayıdır”, – deyə şəhər meri bildirib.

Məmur Berqamo ilə Nyu-Yorkdakı koronavirusdan ölüm göstəricisini müqayisə edib. O bu nəticəyə gəlib ki, Berqamo dünyada COVID-19-dan ən çox əziyyət çəkən şəhərdir.

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO