Azərbaycanda yarımçıq dayandırılan futsal yarışları ilə bağlı qərar verilib.

Oxu.Az xəbər verir ki, bu gün Azərbaycan Futzal Federasiyasının iclası keçirilib.

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar mart ayında yarımçıq dayandırılmış Yüksək, I və II liqalar, eləcə də Azərbaycan kuboku ilə bağlı müzakirələr aparılıb.

Müzakirələr nəticəsində I və II liqalarda, həmçinin Azərbaycan kuboku yarışında 2019/20 mövsümü başa çatdırılıb.

Liqalarda hazırda turnir cədvəlində birinci pillədə yer alan komandalar – müvafiq olaraq “Ayaks Baku” (I Liqa) və NTD (II Liqa) qalib elan olunub.

Yüksək Liqa ilə bağlı məsələyə koronavirus pandemiyası ilə əlaqədar vəziyyət və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla növbəti həftələrdə baxılacaq.

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO