Ukraynanın Verxovna Radasının 310 deputatı, eyni zamanda BMT-yə, xarici hökumətlərə və parlamentlərə, beynəlxalq təşkilatlara “Rusiya Federasiyası tərəfindən Krım tatarlarının hüquq və azadlıqlarının pozulmasını” qınamaq çağırışı olan qətnamənin lehinə səs verib.


Qaynarinfo xəbər verir ki, bu müraciət-layihə “112 Ukrayna”da nəşr edilib. 

“Ukraynanın Verxovna Radası Birləşmiş Millətlər Təşkilatına, Avropa Parlamentinə, Avropa Şurası Parlament Assambleyasına, ATƏT Parlament Assambleyasına, NATO Parlament Assambleyasına, QDİƏT Parlament Assambleyasına, dünya ölkələrinin hökumət və parlamentlərinə Krım Tatar xalqının soyqırımı qurbanlarının xatirəsini ehtiramla qarşılamaq və Rusiya Federasiyasını Krım Tatar xalqının hüquq və azadlıqlarını pozan təcavüzkar dövlət olaraq pisləmək üçün müraciət edir”, – layihənin mətnində deyilir.


Xatırladaq ki, Ukrayna rəhbərliyinin nümayəndələri bu məsələnin həllində “işğalçı ölkəyə” kömək etmək niyyətində olmadıqlarını bildirərək yenidən Krıma su təchizatı problemini müzakirə etməkdən imtina ediblər.

 

Alpər

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO