Azərbaycanda koronavirusla bağlı bu günə olan statistik göstəriciləri açıqlanıb.


TƏBİB-dən Qaynarinfo-ya daxil olan məlumata görə, bu gün ölkədə koronavirusla bağlı 4384 test edildiyi bildirilib.

Məlumata görə, indiyə qədər Azərbaycanda 298 648 test aparılıb.


Xatırladaq ki, bu günə qədər ölkəmizdə 5494 nəfər koronavirusa yoluxub. 63 nəfər ölüb, 3428-i isə sağalıb. Hazırda 2003 nəfər aktiv xəstə kimi qeydiyyatdadır. 


Həmin şəxslərdən 85 nəfərin vəziyyəti ağırdır, 16 nəfər isə süni tənəffüs aparatı vasitəsilə xəstəliklə mübarizə aparır.

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO