Daha bir ölkə koronavirus pandemiyasına qalib gəlib.

 

Qaynarinfo xəbər verir ki, Karib hövzəsində yerləşən ada dövlətlərindən olan Arubada “Covid-19″a yoluxmuş xəstəsi qalmayıb. Ölkədə infeksiyaya yoluxmuş 101 nəfərdən 3-ü vəfat edib, 98 xəstə isə sağalaraq evə buraxılıb. Bununla da Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Arubanı koronaviruslu ölkələr siyahısında sıfır göstərici ilə işarələyib.


Qeyd edək ki, bundan əvvəl Qrelandiya, Sent-Bartelemi, Folklend Adaları, Anguilla, Papua-Yeni Qvineya, Beliz, Yeni Kaledoniya, Farer Adaları, Mavriki, Qərbi Saxara, Sen-Pyer və Mikelon, Karib Niderlandı, Müqəddəs Lüsiya, Şərqi Timor, Kamboca və Eritreya, Fransa Polineziyası, Dominika, Sen Kits və Nevis Federasiyası, Montserrat, Qrinland, Seyşel Adaları, Makao və Müqəddəs Kitts və Nevis, Trinidad və Tobaqo Respublikası və Monteneqroda koronaviruslu xəstə qalmayıb.

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO