Sosial şəbəkə nəhəngi Tvitterin paylaşılan tvitlərin doğruluğunu təsdiq funksiyası ABŞ prezidenti Donald Trampı hiddətləndirib.


Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Ağ Ev rəhbəri paylaşdığı bəzi tvitlərə “məlumatın doğruluğunu təsdiqlə” funksiyası əlavə edən Tvitteri ifadə azadlığını məhdudlaşdırmaq və 2020-ci il seçkilərinə müdaxilə etməkdə ittiham edib.

“Tvitter mənim uzaqdan səsvermənin böyük miqyasda saxtakarlığa yol açacağına dair açıqlamamı yalançı mətbuat CNN və Amazonun Vaşinqton Postuna istinad edərək yalanlayır. Həmçinin ifadə azadlığını məhduddlaşdırır. Prezident olaraq mən buna icazə vermərəm”, – deyə Tramp bildirib.

 

Xatırladaq ki, bir müddət əvvəl sosial şəbəkə nəhəngi dezinformasiyaların yayılmasının qarşısını almaq məqsədilə bu addımı atıb. Lakin Trampın “Kaliforniya ştatındakı “uzaqdan səsvermə” prosesinin seçkidə saxtakarlığa yol açacağını” iddia etdi paylaşıma da bu funksiya əlavə olunub.


Qeyd edək ki, Trampın seçki kampaniyasının müşaviri Bred Perskeyl də açıqlamasında Tvitterin bu addımını qınamış və sosial şəbəkə nəhəngini yalançı mətbuatla əməkdaşlıqda ittiham etmişdi.


Camal

By admin

Leave a Reply

Your email address will not be published.

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO