“Sabah” klubunun futbolçusu Rəşad Eyubovun Sport7.az-a müsahibəsi


– Artıq 3 aya yaxın vaxtdır ki, ölkəmizdə karantin rejimi davam edir. Futbolsuz günlər necə keçir?

– 3 ay uzun müddətdir. Bu vəziyyətə alışmaq çətindir. Ancaq fiziki formamı qorumağa çalışıram. Ümumilikdə isə, hər gün bir-birinə bənzər,  eyni məşğulliyyətlərlə keçir. Köməyə kitablar və filmlər yetir. 


– Hansı kitabları oxuyub, hansı filmləri izlədiniz? 

– Filmlərdən ən çox bəyəndiklərim “Knives out”, “The Gentlemen” və “Hero” filmi oldu. Kitablardan isə İbrahim Hadinin həyatından bəhs edən “İbrahimə salam” və Rene Qenonun “Müasir dünyanın böhranı”nı çox bəyəndim. 


– Koronavirus dünyanı lərzəyə saldığı günlərdə 2011-ci ildə çəkilən “Contagion” filmi aktuallaşdı. Bu film insanlarda çox böyük panikaya səbəb oldu. Həmin filmi izləmisiniz? Ümumiyyətlə, koronavirus sizdə narahatlıq duyğusu yaratdı? 

– Bəli, həmin filmi də izləmişəm. Mənə pis təsir edən virusun nəticələri, normal həyatımıza təsiri oldu. 


– Karantin qaydalarına nə dərəcədə riayət etdiniz? 

– Deyilənlərinin hər birinə əməl etdim. Ancaq ciddi rejim davam etsəydi, qorxuram ki, əməl etmək çətinləşəcəkdi. 


– Sizcə, karantin bitdikdən sonra həm normal həyata, həm də məşqlərə, oyunlara adaptasiya olmaq asan olacaq, yoxsa çətin?

– Normal həyat rejiminə qayıtmaq asan olacaq. Ancaq əvvəlki fiziki göstəriciləri qaytarmaq çətin olacaq. 


– Məşqlərin nə zaman bərpa olunacağı ilə bağlı komandada bir xəbər varmı?

– Hələki ancaq söz-söhbət dolaşır. Hər gün gözləyirəm. Sadəcə dəqiqlik istəyirəm ki, nəyə hazır olacağımızı bilək. 


Röya Kərimli

By admin

Leave a Reply

Your email address will not be published.

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO