TƏBİB Masallıda güllə yarası alan “Azərişıq” ASC-nin əməkdaşının vəziyyəti barədə məlumat verib.


TƏBİB-dən Qaynarinfo-ya verilən məlumata görə, Ramal Sudeif oğlu Bağırovun vəziyyəti stabildir:

“R.Bağırov körpücük sümüyündən güllə yarası alıb. Lənkəran Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunub, hazırda vəziyyəti stabildir”.


Qeyd edək ki, Masallı rayon Yeddioymaq kəndində 1969-cu il təvəllüdlü Mansur Bəşir oğlu Şahmuradov “Azərişıq” ASC-nin 3 əməkdaşını odlu silahla yaralayıb. Nəticədə 1989-cu il təvəllüdlü Ayaz Mirzəbala oğlu Rəcəbov sol bazu sümüyünün odlu silahdan yaralanması, yumşaq toxumaların sıyrılması, 1990-cı il təvəllüdlü Orxan Mehman oğlu Baxşıyev isə sol əlin arxa səthinin odlu silahdan yaralanması diaqnozu ilə xəstəxanaya çatdırılıb. Xəstəxanada lazımi tibbi yardım göstərilən A.Rəcəbov və O.Baxşıyev ambulator müalicə üçün evə buraxılıb. 1983-cü il təvəllüdlü Ramal Sudeif oğlu Bağırovun müalicəsi Lənkəran Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

By admin

Leave a Reply

Your email address will not be published.

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO