“Mənim yerimə kim olsaydı, ya türməyə düşərdi, ya da qaraciyərdən serroz olub bu dünyadan gedərdi”.


Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Əli Nur Mədəniyyət naziri Əbülfəs Qarayevin əməllərindən danışarkən deyib. Aktyor nazirin ona dağ çəkdiyini, zülm etdiyini bildirib:

 


“Bunlar mənə dağ çəkdi. İnsanda abır, həya, namus, qeyrət olar… Mən Sumqayıt teatrında işləyəndə onun qayınatası Tofiq Kazımovun sevimli aktyoru olmuşam. Bütün bunların hamısını bilə-bilə Əbülfəs Qarayev mənə zülm elədi. Əbülfəs Qarayev hər görüşdə deyirdi ki, “mən hər şeyi bilirəm. Sən evsizsən, 10 nəfər ailə ilə birlikdə mağarada yaşayırsan”. Bütün bunların hamısını deyirdi, amma mənim üçün heç nə etmirdi. Əksinə, məni bütün kollektivin, bütün cəmiyyətin gözündən salmağa çalışırdı. Müavini kimi üzdə üzümə gülürdü, “səndən yoxdur, biz səni seçib qiymətləndirirk”, – deyirdi, arxada isə mənim kürəyimə zəhərli xəncər soxurdu. Dəfələrlə məni cağırıb deyirdi: “Sən məni respublikada biabır edirsən. Mətbuatda deyirsən ki, Əbülfəs Qarayev  rüşvətxor, korrupsioner, fəxri adları, evləri aktyorlara pulla satır”. Soruşurdum ki, cənab nazir, sizə şər atıram? Verin məhkəməyə. Deyirdi ki, faktın var? Deyirdim, 1000 dənə. Birini deyən kimi qayıdırdı ki, “aprelin 1-nə kimi sənin evin də, fəxri adın da olacaq”. Bunu Əbülfəs Qarayev mənə deyirdi. İnsanda bir kişilik olar? Əbülfəs Qarayev, insanın taleyi, əsəbi ilə bu qədər oynamaq olmazdı”.


Aktyor qeyd edib ki, dəfələrlə Prezident Aparatına çağırılıb:


“Adını çəkmirəm, orada mənə deyiblər ki, “sənin 30 il əvvəl fəxri adın, evin olmalı idi”. Bu 30 ildə Mədəniyyət Nazirliyi məndən nəyin qisasını alırdı? Mən onların nəyinə sataşmışdım? Mənim kimi aktyoru gözümçıxdıya salmışdılar. Azərbaycanda 27 teatr var. Amma cəmi 7 aktyor tapa bilərsən ki, erməninin, gürcünün, rusun, amerkanın qarşısına çıxa bilsin. Onlardan biri də mənəm. Mənim başıma bu oyunları gətirdilər. Əbülfəs Qarayev bir gündə məni iki dəfə nazirliyə apartdırdı. Dedi ki, “cənab Prezidentin adına ərizə yaz, sənin ev məsələni həll edəcəyik”. İkisini də yazdım. Mənə dəfələrlə belə ərizələr yazdırıb. Hanı o ev? Hanı o ərizələrin nəticəsi? Onların bütün əməllərini mən bilirəm. Bütün teatrların direktorlarını, administratorlarını çağırın soruşun, görün tamaşalardan yığılan pullar hara, kimin cibinə gedib? Kimə veriblər? Mən demirəm, xalq görür, teatrlar it günündədir. Rüşvət və korrupsiya, rejissor qıtlığı və s. Direktor teatrı nə ola bilər? Teatr direktordan tanınmır. Direktor teatrda adminstrativ işçidir, bilet satan adamdır. Teatrın başında rejissor dayanmalıdr. Əbülfəs Qarayev hansı rejissoru oxutdurub? Hansı rejissora Moskvada, Avropada təhsil verib, sonra Azərbaycana  gətirib? 


Bir fakt deyəcəm. Akademik Milli Dram teatrı 2011-ci idə təmirə dayanmışdı. Onun təmirinə 4 milyon pul ayırıldı. 2013-c il ilin iyun ayının 14-də teatra köçdük. Ayın 15-də bir yüngül yağış yağdı, Akademik Milli Dram Teatrının 4-cü mərtəbəsini sel basdı. Akademik teatrın cındır pərdəsi göz oxşayırdı. Onun çılçırağı vardı Çexoslovakiyadan gətirilmişdi, milyon yarım qiyməti vardı. Həmin çılçırağı götürüb cındır bir çılçıraq asdılar yerinə. Fil sümüyündən möhtəşəm bilyard vardı, “Şeyx Xiyabani” tamaşasında aktyorlar oynayırdı. Hamısı getdi.  Süleyman Sani Axundovun “Eqş və İntiqam” tamaşasında mən Əlmərdan bəyi oynayırdım, belimdə gümüş xəncər. Hanı o xəncər? Tamaşa vaxtı mən bir xəncər tapmadım ki, belimə bağlayım. Axırda xəncərsiz çıxıdm səhnəyə. Budur Əbülfəs Qarayevin teatrı. Budur Əbülfəs Qarayevin teatrlara münasibəti. Akademik teatrda aparılan təmirdən sonra aktyorlar səhnədə görünmürdü. Əvvəlki direktorun vaxtında nə qədər dedimsə, düzəltmədilər. Azər Paşa Nemətov gələn kimi onları qaydaya saldı, pərdəni dəyişdirdi. Səhnə spaldan düzəlmişdi, üstünə tank çıxsaydı, titrəmirdi. İndi səhnəyə elə taxtalar vurublar ki, üstünə çıxan kimi aktyor az qalır yıxıla. Orada poladdan ştangetlər vardı, 10 ton yükü qaldırmağa hazır idi. Hanı o ştangetlər? İndi ştangetlər 500 kloqram yükü qaldıra bilmir. 44 milyon pulu hara xərclədilər? Teatrın təmirinə, ya ciblərinə. Hələ ana və Prezident teatrıdır. Əbülfəs Qarayevin əmələri… İnsanın nə qədər evi, villası olar? Ayıb deyil? Biz hələ çox şeyi demirik”.

 

Bahar Rüstəmli

By admin

18 thoughts on “Xalq artisti Əbülfəs Qarayevdən elə şeylər danışdı ki: “İnsanda namus olar…””
  1. There are actually a whole lot of details like that to take into consideration. That could be a great point to convey up. I supply the ideas above as basic inspiration but clearly there are questions just like the one you bring up where crucial thing will probably be working in trustworthy good faith. I don?t know if finest practices have emerged round things like that, however I’m sure that your job is clearly recognized as a fair game. Each boys and girls really feel the impact of just a second抯 pleasure, for the rest of their lives.

  2. I discovered your blog web site on google and test just a few of your early posts. Continue to maintain up the superb operate. I just additional up your RSS feed to my MSN News Reader. Looking for ahead to studying extra from you later on!?

  3. After I originally commented I clicked the -Notify me when new comments are added- checkbox and now each time a remark is added I get 4 emails with the identical comment. Is there any approach you may take away me from that service? Thanks!

  4. A powerful share, I simply given this onto a colleague who was doing a bit analysis on this. And he in fact bought me breakfast as a result of I found it for him.. smile. So let me reword that: Thnx for the treat! However yeah Thnkx for spending the time to debate this, I really feel strongly about it and love reading more on this topic. If potential, as you become experience, would you mind updating your weblog with extra details? It is extremely useful for me. Large thumb up for this blog publish!

  5. An impressive share, I simply given this onto a colleague who was doing a bit analysis on this. And he in reality purchased me breakfast as a result of I discovered it for him.. smile. So let me reword that: Thnx for the deal with! However yeah Thnkx for spending the time to debate this, I really feel strongly about it and love reading more on this topic. If attainable, as you turn into experience, would you thoughts updating your blog with more details? It is extremely helpful for me. Massive thumb up for this blog publish!

Leave a Reply

Your email address will not be published.

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO